Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gənc yaşlı atasından soruşur:
-Siz əvvəllər necə yaşamısınız? Texnologiyaya giriş yox, internet yox, kompüter yox, mobil telefonlar yox, kondisioner yox, avtomobillər yox…
Atası cavab verir:
-Biz sizin nəslin bu gün yaşadığı kimi deyil, əsl gerçək bir həyatı yaşadıq. İndi nə hörmət var, nə mərhəmət var, nə həya, nə əxlaq, nə təvazökarlıq, nə təəssübkeşlik, nə də kitab oxumaq var.
Yaşadığımız gerçək həyat ona görə maraqlı idi ki:
* Dərsdən sonra küçədə gücdən düşənə qədər oynayırdıq, televizora baxmazdıq.
* Biz internet dostları ilə deyil, real dostlarla oynayardıq.
* Susayanda isə qablaşdırılmış butulkadan deyil, birbaşa krandan su içərdik.
* Hamımız eyni stəkandan su içsək də xəstələnməzdik.
* İstədiyimiz qədər istədiyimiz hər şey yeyirdik. Amma çəki ilə bağlı problemimiz olmurdu.
* Ayaqyalın gəzərdik, amma ayaqlarımızla bağlı problem olmurdu.
* Valideynlərimiz bizim sağlam böyüməyimiz üçün bizə heç bir qida əlavələri, vitaminlər verməzdilər.
* Biz öz oyuncaqlarımızı düzəldirdik və onlarla oynayırdıq.
* Ailəmiz zənğin deyildi; onlar bizə mal-dövlət deyil, sevgi verdilər.
* Bizim mobil telefonlarımız, DVD-lərimiz, video oyunlarımız, internet söhbətimiz yox idi, amma əsl dostlarımız var idi.
* İstədiyimiz zaman dəvətsiz dostumuzun evinə baş çəkərdik və günümüzü xoş keçirib əylənərək, birlikdə yemək yeyərdik.
* Sizin dünyanızdan fərqli olaraq bizim bütün qohumlarla əlaqəmiz olurdu, bir-birimizə möhkəm bağlılığımız olurdu.
* Çəkdiyimiz şəkillər ağ-qara idi, amma rəngli xatirələrlə dolu idi.
* Biz valideynlərimizi dinləyən son nəsilik, çünki biz unikal, anlayışlı nəsilik.
* Biz həmçinin uşaqlarını dinləyən və diqqət yetirən ilk nəsilik.
* Biz eyni zamanda sizin yaşınızda olanda heç vaxt mövcüd olmayan texnologiyadan necə istifadə etməyinizdə sizə kömək edəcək qədər ağıllıyıq.
Ona görə bu nəsildən öyrənin, bu nəsildən zövq alın. Çünki bu nəsil xəzinədir, həm də məhdud saydadır
Hər şeyi, hər kəsi, xüsusən də bizi, dünyadan getməmişdən əvvəl sevin...
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)


