“Maraqlı söhbətlər”də Almazovun sehirli qabı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Rusiyanın görkəmli ürək cərrahı, tibb sahəsindəki xidmətlərinə görə Kembric universitetinin fəxri medalına layiq görülmüş akademik Vladimir Almazovun Birinci Tibb İnstitutunun klinikasındakı kabinetində içərisində spirtlənmiş insan ürəyi olan bir şüşə qab var. Orada oxuyan hər bir tələbə bu ürəklə bağlı olan maraqlı hadisənin tarixçəsini bilir.

 

50-ci illərin əvvəllərində, Almazov hələ Sankt-Peterburqdakı Birinci Tibb İnstitutunun 4-cü kurs tələbəsi olanda İnstitutun klinikasına o vaxtı müalicəsi olmayan və ölüm faizi yüksək olan ürək xəstəsi olan bir qızı yerləşdirirlər. Qızın temperaturu yüksək olurdu və ürəyi isə dayanırdı. Hər şeydən əllərini üzən həkimlər onun sağalmasını ümidsiz hesab edirdilər.

İnstitutda təcrübə keçən Almazovda az qala son günlərini sayan bu yaraşıqlı qıza qarşı sevgi hissi yaranır. O,hər gün palatada yatan qıza baş çəkir,ona gül gətirir,qayğıkeşlik göstərir. Ölümlə əlbayaxa olan qızın da ona qarşı sevgi hissi yaranır. Heç kəsin gözləmədiyi halda onun vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedir və yavaş-yavaş sağalmağa başlayır. Və sağalır da.

Sağalandan sonra onlar ailə qururlar, uşaqları da olur. Gümüş toylarına isə onu müalicə edən həkimləri də dəvət edirlər.

Uzun illər sonra qadın vəfat edəndə ürəyini Birinci Tibb İnstitutuna verilməsini vəsiyyət edir. Bununla o xatırladır ki, xəstə qəlbi sevən ürək sağaldır.

"Ürəyi ancaq ürəklə müalicə etmək olar" deyə Almazov bildirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.