“Maraqlı söhbətlər”də inanılmaz bir cərrahi əməliyyat Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

İsrailli həkimlər tərəfindən həyata keçirilən bu nadir əməliyyat tibb dünyasında böyük əks-səda doğurub. Onlar unikal bir tibbi əməliyyat həyata keçirərək, 9 yaşlı bir qızın  həyatını xilas etmək üçün onun başını bədənindən ayırmış və  yenidən birləşdirmişlər. Bu qeyri-adi əməliyyat 12 saat davam etmişdir.

 

9 yaşlı Tara Aamarın  boynunda qəribə bir şiş aşkarlanır. Valideynləri həkimlərlə müraciət edir və məlum olur bu, ikinci boyun fəqərəsində anatomik cəhətdən mürəkkəb vəziyyətdə yerləşən son dərəcə təhlükəli bir şişdir. Həkimlər şişi tamamilə götürmək üçün qızın başını onurğa sütunundan (skelet olaraq) müvəqqətri ayırmalı olurlar.

Dünyada  nadir olan bu əməliyyatı cərrahiyyə qrupunun rəhbəri, onurğa neyrocərrahiyyəsi üzrə mütəxəssis, professor Eyal İshakın rəhbərliyi altında “Şnayder” və “Beylinson” xəstəxanalarından ən yaxşı cərrahiyyə mütəxəssislərindən ibarət həkimlər briqadası həyata küçirir. Professor Eyal İtzhakın sözlərinə görə, əsas çətinlik şişin bütün ikinci boyun fəqərəsini tutması idi ( axis adlanan bu fəqərə həm də ox da adlanır və onun sayəsində  insan başını ətrafa  çevirə bilir). Bu sahə həm də onurğa beyni və beyin kötüyünü təmin edən qan damarları ilə zəngindir. Bu səbəbdən də, əməliyyat zamanı əvvəlcə şişdən bütün qan damarlarının çıxarması, onurğa beynini açmaq və onu müvəqqəti olaraq birinci və üçüncü fəqərələr arasındakı sahədə onurğa beynindən ayırmaq lazım idi. Buna görə də həkimlər şişi tamamilə götürmək və uşağı xilas etmək üçün qızın başını onurğa sütunundan (skelet olaraq) müvəqqətri ayırmışlar. Şişi çıxardıqdan sonra başı boltla bərkidilmiş xüsusi metal plastin vasitəsilə  yenidən onurğaya birləşdirmişlər. Başqa sözlə, çıxarılan hissəni protezlə əvəz edirlər.

 Əməliyyat 12 saat davam etmişdir. Gənc xəstə hazırda sağalmaqdadır, lakin onu hələ  uzun bir reabilitasiya dövrü gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.