Yazıçı Varis TÜRKSOY medalı ilə təltif edilib Featured

Sentyabrın 18-də Azərbaycanda keçirilən türk xalqları mədəniyyəti silsilə tədbirləri çərçivəsində Bakı Atatürk Mərkəzində yazıçı Varis TÜRKSOY medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, vəsiqəsinə  “Türk dünyası mədəniyyətinə və sənətinə vermiş olduğunuz qatqılara görə” sözləri yazılmış medalı yazıçıya Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev təqdim edib.

Mükafatlandırma mərasimində Türkiyə Ədəbiyyat Vəqfinin sədri Serhat Kabaklı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev, akademik Nizami Cəfərov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Prezident Yanında İdafrəetmə Akademiyasının professoru, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov, Türk dünyası Qadın Şairləri Təşkilatının sədri Xuraman Muradova və digər tanınmış mədəniyyət və elm xadimləri iştirak ediblər.

Xatırladaq ki TÜRKSOY medalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və ümumi mədəni əlaqələrinə mühüm töhfə verən şəxslərə təqdim edilən fəxri mükafatlardan biridir.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.