“Maraqlı söhbətlər”də 2 milyonluq cek-potun taleyi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu maraqlı olay İngiltərədə baş verib. IBM işçisi Ed Tutant iştirak etdiyi "Milyonçu olmaq istəyirəm" şousunda uduş məbləği - cekpot 1 860 000 dollara çatıbmış.

 

 Növbəti - 16 000 dollarlıq sual belə idi: İngiltərədə su çatışmazlığı olanda genetik olaraq dəyişdirilərək parıldayan hansı tərəvəz yetişdirilib?

Cavab variantları isə bunlar idi: A) Kartof    B) Pomidor   C) Kələm   D) Yerkökü.

 Ed sualın cavabında çətinlik çəkdiyi üçün tamaşaçıların köməyindən istifadə edir. Tamaşaçılarlar cavab olaraq pomidoru seçirlər.  Düzgün cavab isə kartof idi. Buna görə Ed cəmi 1000 dollar qazanaraq, yarışdan kənarlaşdırılır.

Amma maraqlısı bundan sonra olur. Prodüserlər mənbəni araşdıraraq, sualın səhv ifadə edildiyini aşkar edirlər. Çünki kartofla bağlı  təcrübə İngiltərədə deyil, Şotlandiyada aparılmışdı. Həmin vaxt isə Oksford universitetinin professoru həqiqətən də parıldayan pomidorlar üzərində işləyirdi. Buna görə də hər iki cavab düzgün hesab edilə bilərdi. Bundan sonra Ed Tutantı yenidən şouya dəvət edirlər və cekpotu əvvəlki məbləğə - 1 860 000-ə qaldırırlar. Bu dəfə Ed yarışı uğurla sona çatdırır və bütün məbləği götürür.

 

“Ədəbiyyat və incəsənət”

 

(11.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.