Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
* Dünyada təqribən 130 milyon addan çox fərqli kitab mövcuddur.
* Dünyada ən qədim kitab “Prissanın papirusu”hesab edilir. Bu kitab bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Bu kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Kitabın məzmunu bu gün də aktual olan bir mövzuya həsr olunub. Bu,nəsillərin konfliktidir. Kitabın müəllifi gənclərin əxlaqsız,tənbəl və tərbiyəsindən şikayətlənir. Göründüyü kimi,5000 ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib.
* Dünyada ən çox oxunan kitab Bibliyadır. Onun ümumi titajı 6 milyard nüsxədir. İkinci yeri Mao Tszedunun sitatları tutur. Üçüncü yer isə hələ ki, ingilis yazıçısı Con Ronald Ruel Tolkienin ”Üzüklərin hökmdarı”na məxsusdur.
* Dünyanın ən böyük kitabı “Dəniz quldurlarını toplusu” adlanır.Onun hündürlüyü insan boyundan uzun,eni 1 metr,qalınlığı yarım metrdən çoxdur. Kitab Amsterdam muzeyində saxlanılır.
* Ən uzun adlı kitab 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarətdir.
* Ən böyük ensiklopediya kitabı “Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cildli və 105 min səhifəli ensiklopediyada 165 milyon sözün izahı verilib.
* Ən böyük lüğət sayılan “Alman lüğət”inin hazırlanması 1854-cü ildən başlayaraq,1971-ci ildə tamamlanmışdır. Kitab 33 cilddən,33519 səhifədən ibarətdir.
* Ən ağır çəkili kitab Stokholmun Kral Kitabxanasında saxlanılan “Şeytan bibliyası”kitabıdır. Kitabın çəkisi təqribən 350 kiloqramdır. Bu kitabın perqamentini hazırlamaq üçün 100 eşşəyin dərisi lazım olmuşdur. Kitabın vərəqləri bir-birinə metal bəndlərlə bərkidilmişdir.
* Dünyada ən böyük kitab cildi “Britaniya parlamentinin 1800-1900-cu illəri aktları”dır. Bu cildlərin çəkisi 31 tondur. Bunu ancaq vərəqləməyə 6 il vaxt lazımdır.
* Dünyanın ən bahalı kitabı “Mormon”kitabı sayılır. Bu kitabın ikinci əlyazması 2017-ci ildə 35 milyon dollara satılıb. Həmin kitab İsa Peyğımbərin adını daşıyan Müqəddəs Kilsə tərəfindən alınıb. Bundan əvvəl isə dünyanın ən bahalı kitabı “Lesterin kodeksi”idi. Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusu olan bu kitabı Bill Geyts 1994-cü ildə 30 802 500 ABŞ dollarına almışdı...
* Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O,iki poemasının –“Balıq ovu” və “Ov”-un hər sətrinə bir qızıl sikkə qazanıb. Kitabdakı sətirlərin ümumi sayı isə iyirmi min idi. Pul Roma imperatoru Mark Avreliy tərəfindən ödənilib.
* Dünyanın ən böyük kitabxanası isə Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasıdır. Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab,dünyanın müxtəlif ölkələrinin milyondan artıq qəzet-jurnalları, 6 milyon əlyazma, 5 milyona yaxın xəritə, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində bu kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxındır. Kitabxanada 3600 əməkdaş çalışır.
“Ədəbiyyat və incəsənət”
(07.09.2026)


