“Maraqlı söhbətlər”də buz parçasının hikməti Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir gün bir hökmdar öz xalqının vəziyətinə baxır və təcüblənir ki, mən öz xəzinəmdən onların yaxşı yaşamaqları üçün çoxlu qızıl, gümüş, pul ayrıram, amma bu xalqım günü-gündən qabağa getmək əvəzinə, geri düşür. Ona görə də vəzirllərini,saray əyanlarını məsləhətləşmək üçün yanına çağırır.

-Mən öz xəzinəmdən xalqımın yaxşı yaşaması üçün çoxlu qızıl,gümüş,pul ayırıram, amma bunların güzaranı yaxşılaşmaq əvəzinə, günü-gündən pisləşir. Bunun səbəbi nədir?

Vəzirllər,vəkillər mızıldana-mızıldana hərəsi bir fikir bildirir. Amma onların heç bir fikiri hökmdarı qane etmir. Ona görə xəzinadarı yanına çağırır və əmir edir ki, xəzinəsindən bir az da daha çox pul ayrsın. Saray əyanları hökmdara öz etirazılarını bildirillər ki, "xalqa çox pul xərcləsən, qudurarlar, başımıza çıxarllar."

Susaraq,sakitcə bu söhbəti dinləyən yaşlı müdrik bir adam hökmdarın diqqətin cəlb edir. Hökmdar ondan soruşur:

-Bu xalqın yaxşı yaşaması üçün siz nə məsləhət verərdiniz?

Müdrik adam:

-Vəzirllər düz deyir, sizin o xalqa ayrdıqınız pul bəs edər!

Hökmdar:

- Bəs onda niyə yaxşı yaşamırlar, vəziyyətləri günü-gündən pisləşir?

Müdrik adam:

- İcazənizlə mən bu məsəliyə aydınlıq gətirim və sizə bir misal çəkim, siz də mənim sözlərimdən nəticə çıxarın.

Hökmdar:

- Buyurun-deyə ona icazə verir.

Müdrik adam:

- Zəhmət olmasa mənə bir buz parçası gətrin.

Saraydakılar heyrətlə bu adamın nə edəcəyinə izləyirdillər. Buz parçasını gətirdikdən sonra o, buzu əlinə götürür və oradakıların hamısına hökmdarın sağ tərəfindən sıraya düzülməyini xahiş edir. Sonra o, buzu özündən solda duran vəzirə verir. Vəzir isə onu xəzinadara ötürür, xəzinadar da buzu digər saray xadiminə ötürür, beləliklə buz parçası 10-15 insanın əlindən keçdikdən sonra, əriyərək, kiçilmiş bir vəziyətdə hökmdarın əlinə gəlib çatır.

Müdrik adam hökmdara deyir:

-Bax, sənin də bu xalqa ayırdıqın qızıllar, gümüşlər, pullar, sənin əlindəki kiçik puz parçası kimidir və sənin xalqına da qəpik-quruş vəziyyətində çatdığına görə, bu xalqın da günü-gündən geri düşür!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.