Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Kimyaçı, fizik, geoloq, riyaziyyatçı, antropoloq və ibtidai sinif müəllimindən ibarət bir heyət sahədə araşdırma apararkən,birdən yağış yağmağa başlayır.
Onlar yaxınlıqdakı bir kənd evinə sığınırlar. Ev sahibi qonaqlara çay gətirmək üçün mətbəxə keçəndə,onların diqqəti yerdən az qala 1 metr hündürlükdə quraşdırılmış sobaya yönəlir.
Sobanın niyə belə qurulduğu barədə aralarında müzakirə başlayır.
Kimyaçı:
- Adam aktivasiya enerjisini aşağı salmış və yandırmanın daha asan olacağını düşünmüşdür.
Fizik:
-O, konveksiya yolu ilə otağı daha tez qızdırmaq istəyirirmiş.
Geoloq:
- Bura ətraf mühitin aktiv bölgəsidir. Zəlzələ zamanı soba daşların üzərinə çökəcəyi üçün o, yanğının qarşısını almaq istəyirmiş.
Riyaziyyatçı:
-Soba otağın tam ortasına quraşdırıb və bunu otağın yaxşı qızdırılmasını təmin etmək üçün edib.
Antropoloq:
-Sobanı ibtidai cəmiyyətlərdə insanlar oda pərəştiş etdikləri üçün hörmət əlaməti olaraq qurmuşdur.
Müəllim:
-Bu adam uşaqlarının sobadan ziyan görməməsi üçün onu hündür quraşdırmışdır.
Bu vaxt ev sahibi gəlir. Ondan sobanın niyə belə hündürdə quraşdırdığının səbəbini soruşurlar.
Ev sahibi laqeydcəsinə deyir:
-Boru çatmadığı üçün ...
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


