“Maraqlı söhbətlər”də yəhudi testi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Keçən əsrin 20-ci illəri. Gənc bir yəhudi Nyu-Yorkdakı məşhur bir ravvinin (yəhudi ruhanisi) yanına gəlib Talmudu (yəhudilərin müqəddəs kitabı) öyrənmək istədiyini bildirir.

-Arameycə bilirsən?-deyə ravvin soruşur.

-Yox.

-Bəs ivriti?

-Yox.

-Bəs uşaq vaxtı Tövrəti oxumusan?

-Xeyr, rabbi. Amma siz narahat olmayın. Mən Berkli universitetinin filosofluq fakültəsini bitirmişəm. Bu yaxınlarda isə Sokratın filosofiyasında məntiqlə bağlı dissertasiya müdafiə etmişəm. Bu elmi daha da dərindən bilmək üçün Talmudu da öyrənmək istəyirəm.

-Sən Talmudu öyrənməyə hazır deyilsən. Bu, dünyada insanların yazdığı ən qədim kitablardan biridir. İndi ki sən öyrənməyə belə israr edirsən, onda mən məntiq testi təşkil edəcəyəm. Əğər bacarsan, mən səninlə məşğul olaram.

Cavan razılaşır.

Ravvin davam edir:

-İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlilidir. Bunlardan hansı birisi yuyunmağa gedər?

Gənc filosofun təəccübdən gözü bərələ qalır:

-Bu məntiq testidir?

Ravvin başı ilə təsdiqləyir.

-Əlbəttə ki üzü çirkli olan yuyunmağa gedər- deyə gənc filosof cavab verir.

-Düz deyil. Məntiqlə düşün: üzü kirli olan üzü təmiz olana baxıb fikirləşəcək ki, onun da üzü təmizdir. Üzü təmiz olan isə üzü kirli olana baxıb, fikirləşəcək ki, üzü kirlidir və gedib yuyunacaq.

-Çox hiyləgərcəsinə düşünülüb- deyə cavabdan heyran qalan gənc deyir. Nə olar, məni bir dəfə də sınayın.

-Yaxşı, cavan oğlan. İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlidir. Bunlardan hansı birisi yuyunmağa gedər?

-Biz axı bunu aydınlaşdırdıq. Əlbəttə ki, üzü təmiz olan.

-Düz deyil. Hər ikisi yuyunmağa gedəcək. Məntiqlə düşün: üzü təmiz olan üzü kirli olana baxıb fikirləşəcək ki, onun da üzü kirlidir və yuyunmağa gedəcək. Üzü kirli olan isə yuyunmağa gedənə baxıb, başa düşəcək ki, onun üzü kirlidir və o da yuyunmağa gedəcək.

- Bu haqda düşünməmişdim, -deyə gənc dillənir. Heyranedici cavabdır. Mən məntiqdə səhv elədim. Xahiş edirəm, bir də məni yoxlayın.

-Yaxşı. İki nəfər binanın bacasından düşür. Çıxanlardan birinin üzü təmiz, digərinki isə kirlidir. Bunlardan hansı birisi yuyunmağa gedər?

-Bayaq aydınlaşdırdıq da. Hər ikisi.

-Düz deyil. Yuyunmağa heç biri getməyəcək. Məntiqlə düşün: Üzü kirli olan üzü təmiz olana baxıb, düşünəcək ki, onun da üzü təmizdir və yuyunmağa getməyəcək. Üzü təmiz olan da baxıb görəndə ki, üzü kirli olan yuyunmağa getmir, başa düşəcək ki, onun üzü təmizdir və yuyunmağa getməyəcək.

Gənc ümidsiz halda deyir:

-İnanın ki, Talmudu öyrənə bilərəm. Başqa bir şey soruşun.

-Yaxşı. İki nəfər binanın bacasından...

-Aman Allah! Heç biri yuyunmağa getməyəcək!

-Düz deyil. İndi əmin oldun ki,Sokratın məntiqi biliyi də Talmudu öyrədəcək qədər deyil. De görüm,necə ola bilər ki,iki adam binanın bacasından eyni borudan düşsünlər,birinin üzü təmiz,diğərinki isə kirli olsun? Bunu başa düşmürsünüz? Sualın özü də mənasızdır. Əgər siz həyatını belə mənasız suallara cavab verməyə sərf etsəniz,verdiyiniz cavab da mənasız və cəfəngiyyat olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.