Xalq artisti Rasim Balayevin doğum gününə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yoxluğuna hələ də alışa bilmədiyimiz RasimBalayevhaqqındahəmaktyorların, həmrejissorların, həmyazıçı və şairlərinsöylədiyikifayətqədərmaraqlı fikirlərvar. Xüsusilə 2026-cı ilin martında vəfatından sonra onun sənətinə verilən qiymətlər daha çox gündəmə gəlib.

 

Şair, Əməkdar incəsənət xadimi, Rasim Balayevin yaxın dostu Baba Vəziroğlu onu Azərbaycan kinosunun siması adlandırıb: “Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır.”

Rasim Balayev vəfat etdikdən sonra isə Vəziroğlu onun haqqında çox emosional danışaraq sənətkarın Azərbaycan kinosundakı yerini xüsusi vurğulayıb. Həmçinin onun məzarüstü abidəsinin adi, standart layihə olmamalı olduğunu deyib: “Standart layihə olmayacaq, Rasimin adına layiq bir iş təqdim ediləcək.”

Baba Vəziroğlunun Rasim Balayevin 70 illiyinə yazdığı “Rasim Balayevə məktub” şeirini isə Alim Qasımov ifa edib.

Rasim Balayevin vəfatından sonra yazıçı Səfər Alışarlı onun şəxsiyyətini xüsusilə sadəlik və təvazökarlıqla xarakterizə edib: “Hiss etdiyim ən ümdə keyfiyyətləri sadəlik, təvazökarlıq və onun üzünü nadir hallarda tərk edən böyük sənət qüssəsi idi.”

O həmçinin hesab edib ki, Balayev Azərbaycan kinosu üçün bundan da böyük obrazlar yarada bilərdi.

Xalq artisti, tanınmış rejissor Oqtay Mirqasımov Rasim Balayevin aktyor kimi istedadını yüksək qiymətləndirib, lakin onun rəhbərlik qabiliyyətinə başqa cür yanaşıb: “Rasim Balayev bacarıqlı aktyordur, amma idarəçilik, rəhbərlik səviyyəsi o deyil.”

Bu fikir Balayevin sənətinə yox, Kinematoqrafçılar İttifaqındakı rəhbərliyinə münasibət idi. Onun ürəyi yumşaq olduöundan, lazımi anda sərt qərarlar verə bilmirdi. Bu da insanpərvərliyindən irəli gəlirdi.

Xalq artisti, aktrisa Şəfiqə Məmmədova ilə Rasim Balayev arasında bir vaxtlar ciddi fikir ayrılığı olsa da, sonradan barışmışdılar. Mətbuatda yayılan məlumata görə, Balayev 2019-cu il 8 Martda Şəfiqə Məmmədovaya zəng edərək onu təbrik etmiş və şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini bildirmişdi.

Xalq artisti, aktrisa Leyla Şıxlinskaya Həsən Məmmədov və Rasim Balayev kimi aktyorlarla çəkildiyini xatırlayaraq onların yanında özünü peşəkar aktyorlarla birlikdə işləyən sənətçi kimi təqdim edib, onlardan öyrəndiyini dilə gətirib: “Hər zaman elə gözəl, bir-birindən güclü aktyorlarla çəkilirdim, Həsən Məmmədov, Rasim Balayev...”

Avqustun 8-i görkəmli aktyorun doğum günüdür…

Azərbaycan kino aktyoru Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.

Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. 29 mart 2026cı ildə vəfat edib.

 

Filmoqrafiya

- 1001-ci qastrol

- 777 №-li iş

- Ad günü

- Adı Günəşlidir...

- Afroditanın qolları

- Ağ atlı oğlan

- "Ağ-qara" gecələr

- Akademik Yusif Məmmədəliyev

- Akt və fakt

- Alman klinikasına şəxsi səfər 

- Alovlu yollar

- Arayış

- Arxadan vurulan zərbə

- Astarı üzündən baha

- Avtoqraf

- Bağlı qapılar

- Bəhanə

- Bəhrə

- Bəhri-təhvil

- Bəxtəvər

- Bəxtiyar Vahabzadə

- Bəyaz həyat

- Bir ovuc torpaq

- Böyük ömrün davamı

- Bumeranq

- Brakonyer, yoxsa balıqçı?

- Cavid ömrü

- Cəza

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. Azərbaycan SSR Dövlət mükafatı

4. "Şöhrət" ordeni

5. "Şərəf" ordeni

6. Cəfər Cabbarlı mükafatı

7. "İstiqlal" ordeni

8. "Heydər Əliyevin 100 illiyi" yubiley medalı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.