“Maraqlı söhbətlər”də Vətənə can atan mühacirin inanılmaz hərəkəti Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1965-ci ildə 19 yaşlı uelsli Brayan Robson Avstraliyada  müqavilə ilə işləyirdi. Evi üçün çox darıxdığından və təyyarə bileti üçün pulu olmadığından, vətənə təyyarənin yük bölməsində getmək qərarına gəlir. Bunun üçün o, dostları ilə birlikdə içərisində bir az yemək, su, fənər, kiçik yastıq və özü də olmaqla  təxminən 76 x 66 x 96 sm ölçülü taxta yeşik hazırlayır.  Brayan dostlarındn xahiş edir ki, həmin yeşiyi Melburndan Londona hava yükü kimi göndərsinlər...

 

Bağlama hava yükü kimi qeydiyyata alınır. Uçuşun 36 saat çəkməsi planlaşdırılırdı, lakin marşrutun dəyişdirilməsi səbəbindən təyyarə ABŞ-a uçur və marşrut təxminən 92 saata qədər uzanır. Bunun da 22 saatını baqajlar – o cümlədən Brayanın bağlaması uçuş fasiləsində yerdəyişməyə məruz qaldıqlarından, Robson baş-ayaq olmaqla, yəni tərs vəziyyətdə keçirir. Ac-susuz qalmaq bir yana, ən dəhşətlisi bədənin qıc olmasıdır. Axıra yaxın gənc tamamilə taqətdən düşür, bədəni keyiyir, zarımağa başlayır...

ABŞ-ın Los-Anceles hava limanında baqaj daşıyıcıları şübhəli bir yeşikdən səs gəldiyini eşidib, polisə məlumat verirlər. Haldan düşmüş Robson təcili yardım işçiləri tərəfindən xilas edilir.

Hadisə geniş rezonans doğurduğundan, uelsli həbsdən yayına bilir. Bundan sonra Avstraliya hökuməti cəsarəti üçün Brayan Robsonun Londona rahat gedə bilməsi qeydinə qalır və ona sərnişin təyyarəsi üçün bilet pulunu ödəyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.