“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb Featured

10 iyul 2026-cı il tarixində “ASAN xidmət”ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

 

Bu müraciət 7 saylı Bakı “ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaşımız  İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib. O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” artıq fəaliyyətinin 13-cü ilini başa vuraraq 14-cü ilinə qədəm qoyur. Bu müddət ərzində xidmət modeli vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir.

“ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-yaxın xidmət göstərilir.

Bununla yanaşı, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Artıq “ASAN xidmət” mərkəzlərinə 9 milyon 193 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.