“Maraqlı söhbətlər”də dünyanın ən böyük ensiklopediyası Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dünyanın ən böyük ensiklopediyası 11 095 cilddən ibarət Çin ensiklopediyasıdır. Söhbət bəşəriyyət tarixində ən böyük qeyri-elektron ensiklopediyadan olan məşhur "Yunle Ensiklopediyası"ndan gedir.

 

Ensiklopediya 1403-1408-ci illər arasında İmperator Çju Dinin (Min sülaləsi) əmri ilə 2000-dən çox alim tərəfindən yaradılmışdır. Bu, bəşəriyyət tarixində ən böyük ensiklopediya olaraq qalır.

Ensiklopediya o dövrdə məlum olan demək olar ki, fəlsəfə, tarix və tibbdən tutmuş sənətə, astronomiyaya və geologiyaya qədər bütün bilikləri əhatə edirdi. Buraya 7000–8000 qədim kitab və traktatdan parçalar daxil idi.

Təəssüf ki, orijinal əlyazma nüsxəsi yanğınlar və müharibələr zamanı demək olar ki, tamamilə məhv olub. Bu günə qədər yalnız 400 cild (orijinal həcmin 4%-dən az hissəsi) qalıb və onlar hazırda dünyanın müxtəlif muzeylərində və kitabxanalarında saxlanılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.