Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Keçmiş SSRİ-də keçən əsrin 70-ci ilin ortalarında, zavod yeməkxanaların birində bir eksperiment keçirirlər. Yeməkxananın kassasında oturan qadının əvəzinə ora pul qoymaq üçün bir sini qoyurlar. Yeməkxanaya gələn hər kəs istədiyi yeməyi götürür, ödəyəcəyi məbləği isə siniyə qoyurdu. Əgər lazım gələrsə, pulun qalığını da sinidən götürür. Heç kim harasa heç nə yazdırmır və ya qeyd eləmir. Prosesi də heç kim izləmir.
Eksperiment bir ay çəkir. İlk günlər eksperiment aparanlar üçün heç də ürəkaçan olmur. Çünkü ödənilən məbləğ günü-gündən azalırdı. Bu isə onların sovet adamının namuslu və vicdanlı olması inamını alt-üst edirdi. Hətta iş o yerə çatdı ki,bu işi yarımçıq saxlamaq istədilər. Amma eksperiment planda 30 gün nəzərdə tutulduğu üçün onu axıra kimi davam etdirməli olurlar.
Maraqlısı da bundan sonra baş verir. Göznəlimdən, bir iş gününün sonunda sinidə olan pullar artmağa başlayır. Gələn gəlir o qədər çoxalır ki, nəinki gündəlik, hətta ay ərzində yığılıb qalan bütün kəsirləri da ört-basdır eləyir. Eksperimenti aparanlar gözlərinə inana bilmirdilər. Araşdırmağa başlayanda məlum oldu ki, həmin gün zavodda maaş günüdür. Sən demə, maaşını alan adamlar ay ərzində ödəyə bilmədikləri və borclu qaldıqları yeməyin pulunu həmin günü artıqlaması ilə ödəyiblər.
Bax budur sovet ideologiyası, kommunizm quran insanın əxlaq kodeksi. Nə qədər o quruluşu bəyənməsək də, ondan bəi şeyləri öyrənmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


