“Maraqlı söhbətlər”də xalqının üz döndərdiyi Nobel mükafatçısı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur Norveç yazıçısı Knut Hamsun ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Lakin yazıçının nasist Almaniyasına və onun liderlərinə qarşı sevgisinə görə norveçlilər öz sevimli yazıçısından üz döndərirlər.

 

Norveç işğaldan azad olunanda xalq onlara xəyanət etmiş bur yazıçıya heç bir şey demədi. Nə bir etiraz, nə bir yazı, nə bir hücum...

Amma bir gün evinin önünə bir gənc qız gəlib Hamsunun kitablarını qoydu. Bir az sonra yaşlı bir adam gəldi və o da kitablarını qoydu. Beləliklə, insanlar Knut Hamsunun kitabları ilə axın-axın gəlməyə başladılar. Hamsun bütün bunları pəncərəsindən izləyirdi. Xalq səsini belə çıxarmadan, ən kiçik bir etiraz etmədən kitabları qoyub gedirdi.

Birinci günün sonunda kitablardan artıq böyük bir topa yığılmışdı. Sonrakı gün də eyni vəziyyət davam etdi. Kitab topası böyüdükcə, xalqına xəyanət etmiş yazıçı da kiçildi və nasist rejiminə açıq dəstəyi onu öz ölkəsində yad bir insana çevirdi.

Heç bir mükafat, ödül, maddiyyat insanlığa xəyanət etmək üçün əsas ola bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.