“Maraqlı söhbətlər”də həyat yoldaşı Çörçil barədə Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu dəfə maraqlı söhbətimizə Esmira Şükürova körpü salacaq. O, dünyaşöhrətli ingilis dövlət xadimi Çörçillə həyat yoldaşı Klementinenin münasibətlərindən bəhs edəcək.

 

Çörçil çox sevdiyi həyat yoldaşı Klementine ilə 57 il yaşayıb.

Klementinenin xatirəsindən: “Çörçil çətin bir adam idi; onunla yaşamaq asan deyildi. Yataqda siqar çəkir, pijama və yataq dəstlərini yandırırdı. Təəssüf ki, həm də içirdi. O, həyatı boyu eniş-yoxuş yaşadı, döyüşdü, yıxıldı və qalxdı. Ünsiyyətdə dözülməz idi və çox vaxt ona deyilənləri eşitmirdi - fiziki olaraq eşitmirdi. Yalnız özünü eşidirdi. Çox yaraşıqlı da deyildi, idmanla məşğul olmurdu. Ancaq arvadını hədsiz dərəcədə sevirdi və onsuz yaşaya bilmirdi. Hərçənd bəzən onu eşitmir və dinləmirdi…”

Klementine Çörçilə münasibətlərini normal saxlamaq üçün çıxış yolu tapmışdı: Əri ilə qışqırıb mübahisə etmədiyindən, ona məktub yazmağa başlamışdı. Məktublar... Məhəbbətlə onu necə sevdiyini yazar, xahiş edər və yumşaq tərzdə dözülməz xarakterini düzəltməyə çalışmaq üçün sözlər axtarıb tapar, hər zaman onu dəstəklədiyini, ya bu və ya digər doğru hərəkətinə onu inandığını yazardı. Bəzən mesajının sonunda bir ürək qoyurdu – bizim zamanımızda onlaynda olduğu kimi.

Çörçill sevimli arvadının bütün yazdığı məktubları oxuyardı. Və yaxşılığa doğru dəyişməyə başlayardı. Bu məktublar ona çox dəstək olurmuş. Bu yolla arvadı onunla qalmaqallardan və mübahisələrdən uzaq olmuşdu. Onlar heç vaxt savaşmamışlar. Sevgisinə sadiq qalan Çörçil heç vaxt arvadını aldatmayıb, baxmayaraq ki, toydan əvvəl qızlar və qadınlarla çox əylənirmiş. Bilin ki, Çörçil arvadını ilk günlər olduğu kimi, qocalıb ölənədək, 57 il dərin məhəbbətlə sevmişdi. Klementine tək qaldıqdan sonra, yaşamaq üçün bir səbəbi olmadığını düşünərək – hər zaman yalnız sevimli ərini görmək istədiyini söyləyərdi. Bir gün ərinin əlyazmalarını araşdırarkən, qarşısına bir məktub çıxıb. Məktubda sevgi dolu bir ürəyin çırpıntıları əks olunmuşdu. Qadın bunların şəxsən onun üçün yazıldığını başa düşüb. Məktub sanki, onun düşüncələrinə, həsrətinə və itki ağrısına cavab idi. Klementineyə elə gəlib ki, əri bu məktub vasitəsilə axirət dünyasından onu dəstəkləyir və yaşamağa ilham verirdi. Beləliklə, qadın başa düşür ki, məktubda yazılanlar onun zehnini narahat edən sualların cavabı idi: "nə etməli və nəyə görə yaşamaq lazımdır?"

Klementineyə elə gəlib ki, məktubdan sevilən ərinin səsini eşitdi: “Heç vaxt təslim olmayın - heç vaxt, heç vaxt, heç vaxt, nə böyük, nə kiçikl, heç vaxt təslim olmayın. Şərəf və fikirlərinizin, ideyalarınızın zidd olmadığı təqdirdə heç vaxt təslim olmayın. Heç vaxt gücə boyun əyməyin, rəqibinizin zahirən üstün gücünə əsla boyun əyməyin. Və təslim olmayın!”

Klementine bundan sonra, sevimli ərinin bütün sənədlərini qaydaya salıb və mirasını nəşr etdirmişdi. İşini bitirdikdən sonra isə, sakitcə onun yanına getmişdi. Çox sevdiyi birinin yanına... Çörçil ölümündən sonra da, sevdiyi qadınını iztirabdan qurtarmış və ona necə yaşamağının yolunu göstərmiş, dəstəkləmişdir.

Günümüzdə hər kəsə görk olacaq bir nümunə.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.