Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
19-cu əsrdə Tailandda kral V Rama Dunandha Kumariratonun hökmranlığı dövründə qeyri -adi bir qanun qüvvədə idi.
Qanuna əsasən, kral ailəsinə mənsub bir şəxsə toxunan hər kəs dərhal edam edilməli idi.
İlk baxışdan bu kral ailəsinin təhlükəsizliyini təmin edilməsi başa düşülə bilər. Lakin bu sonda heç də müsbət nəticə vermir.
1880-ci ildə kralın həyat yoldaşlarından biri qayıq ilə gəzintidə olarkən, onun olduğu qayıq qəfildən çevrilir. 19 yaşlı kraliça üzməyi bacarmırdı və dərhal suyun dibinə doğru gedir. Bu zaman sahildə çoxlu sayda insan dayanmışdı və hər biri kraliçanın necə batdığını görürdülər. Hadisənin şahidi olan insanların nəyə görə batan kraliçaya kömək etmədiyi isə aydın məsələdir. Təbii ki, heç kim öz həyatından mərhum olmaq istəmirdi. Bu hadisə qanunların onu düşünənlərin özlərinə qarşı necə əks təsir göstərdiyinin bariz nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


