Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1977-ci ildə NASA kosmosa “Voyacer” (“Voyacer-1” və “Voyacer-2”) kosmik aparatı buraxarkən, ona qızıl plastinka da əlavə edib. Məqsəd də bu idi ki, əgər raket yadplanetlilərin əlinə keçsəydi, bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi.
Burada Yer sivilyaziyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası var idi. Plastinkanın içərisində olan 27 melodiyadan biri də Azərbaycan musiqisi idi. “Voyacer”-in qızıl plastinkasına daxil olub həmin bu musiqi isə Kamil Cəliovun qaboyda çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası idi.
Azərbaycan muğamının qaboyda ifası Karl Saqanın rəhbərlik etdiyi komitə tərəfindən Yer kürəsindəki emosional həyatın müxtəlifliyini və insan səsini təmsil etmək üçün seçilmişdir.
Maraqlıdır ki, Kamil Cəlilovun “Çahargah ahəngi”musiqisi 1976-cı ildə Filippində keçirilən musiqi festivalında da birinci yerə layiq görülmüşdü.
Qeyd edək ki, “Voyacer” az qala yarım əsrdir ki, yol gedir və insan tərəfindən hazırlanmış ən uzaq obyekt olaraq, bəşər tarixində ən uzun müddət işləyən kosmik gəmidir. Hazırda “Voyacer-1” Yerdən 25,3 milyard km-dən çox məsafədə yerləşir. Oradan göndərilən siqnal isə Yerə 24 saata çatır.
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


