Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1992-də “Pepsi” kompaniyası Filippində bir reklam kampaniyası keçirir. Sloqanı isə belə idi – Siz bu gün milyonçu ola bilərsiniz.
Kampaniya sadə idi – hər həftə xoşbəxt rəqəm elan olunurdu, bu rəqəmi qapağın içərisindən tapan milyon peso qazanırdı. Bu təxminən 40 min dollar idi. Kasıb ölkə vətəndaşı üçün bir sərvət idi.
25 mayda qəzetlər növbəti xoşbəxt rəqəmi elan edirlər — 349.
Amma texniki səhv baş verir. Belə ki 349 rəqəmli qapaqlardan 800 000 ədəd istehsal edilir. Bu isə 32 milyard demək idi. Təbii ki, “Pepsi” bu məbləği ödəməkdən imtina edir.
On minlərlə «qalib» küçə etirazlarına başlayır və “Pepsi müharibəsi” başlayır. Pepsinin 32 maşını yandırılır. Adamlar Pepsi ofislərinə hücum edirlər. İdarə heyətinə təzyiq dolu yazılar gəlir. Bütün şirkət işçiləri şəhəri tərk edir.
Maraqlıdır ki, Pepsiyə qarşı müharibə ilk dəfə idi ki, ordunu və kommunistləri birləşdirir. Pepsi məhkəmələrdən sonra hər bir qalibə cəmi 10-20 dollar pul ödəyir.
Pepsi bu kampaniyaya 2 milyon dollar ayırmışdı, sonda isə 20 milyona yaxın xərcləri çıxır. Xoş «niyyət» hərdən belə də nəticələnir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


