“Maraqlı söhbətlər”də yıxılana baltavurma fəlsəfəsi Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu dəfə rubrikamda məşhur futbolçu Pol Poqbadır, dopinq cəzasından sonra yaşadıqlarını o bu cür şərh edib:

 

“Cəzamla bağlı xəbərlər çıxanda telefonum iki gün dayanmadan susmadı... Sonra isə heç nə. Tam bir səssizlik.

Qardaş bildiyim insanlar birdən yoxa çıxdı. Menecerlər zəng etməyi dayandırdı. Dost dediklərim isə qəfil ‘məşğul’ oldular.

Futbol sənə çox sevildiyini hiss etdirir... Amma eyni zamanda yanında həqiqətən kimin olduğunu da göstərir.

Və heç vaxt mesaj gözləmədiyim biri yazdı: Kristiano.

Mənimlə futbol, məşq və ya media haqqında danışmadı. Sadəcə soruşdu:

“Ailən yaxşıdır? Psixoloji olaraq necəsən?”

Yalan deməyəcəyəm... Bu sözlər mənə çox təsir etdi.

Bir neçə gün sonra isə dedi:

“Ailən, bərpa prosesin və ya həyatın üçün nəyəsə ehtiyacın olsa, mənə zəng et. Qürurunun sənə yardım qəbul etməyə mane olmasına icazə vermə.”

O an mən dünya ulduzu Kristiano Ronaldo ilə danışmırdım...Ağrını, təzyiqi və tənhalığı yaxşı tanıyan bir insanla danışırdım.

Karyeram boyunca çoxlu çempionlarla eyni paltardəyişmə otağını paylaşmışam... Amma hər şey dağılanda, həqiqətən kimlərin yanında qaldığını anlayırsan.”

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.