“Bir direktor, bir şagird” layihəsində Xoşqədəm Məmmədova və Əli Şahpələngli Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 276 nömrəli tam orta məktəbdir.

 

DİREKTOR:

Xoşqədəm Ələddin qızı Məmmədova 13.03.1985-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 26 fevral 2013-cü ildə Binəqədi rayonu 179 nömrəli tam orta məktəbə kimya fənni üzrə laborant təyin edilib. Həmin ildəMüəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə müəllimlərin Diaqnostik qiymətləndirməsində ixtisası üzrə 100 faizlik nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən direktorların və dərs hissə müdirlərinin işə qəbulu ilə bağlı imtahandan müvəffəqiyyətlə keçərək 2 noyabr 2016-cı il tarixində Binəqədi rayon 179 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 10 sentyabr 2017-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan İdarəetmə kursu, "Potensial direktorlar" kursunu uğurla bitirərək 10 oktyabr 2018-ci il tarixindən Binəqədi rayonu 205 nömrəli tam orta məktəbətəlim tərbiyə işləri üzrə direktor müavini və direktor əvəzi vəzifəsinə təyin olunub. 6 dekabr 2021- ci il tarixində həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 2023-cü ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" nin qalibidir. İkinci təhsil olaraq hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında təhsil alır.

 

8.09.2025-ci il tarixindən Bakı şəhəri 276 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin olunub. 3 övladı var.

 

ŞAGİRD:

Şahpələngli Əli Sədi oğlu 2011-ci ildə Bakı şəhərində anadan olub.

2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 276 saylı tam orta məktəbdə 1-ci sinfə təhsilə başlayıb. Hal-hazırda məktəbin 9Csinif şagirdidir.

Bu illər boyunca təlim vətərbiyəsində fəal, dərslərinə məsuliyyətli yanaşan və zəhmətkeş şagird kimi fərqlənmişdir.

Azərbaycan dili, Ədəbiyyat, Tarix və Riyaziyyat fənlərinə xüsusi marağı var.

2023-cü ildə OCEP layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmiş və məktəbrəhbərliyi tərəfindən təltif olunmuşdur.

2024-cü ildə Ulduz kurslarının təşkil etdiyi Breyn-rinq yarışmasında "Köhlən atlar" komandası ilə 1-ci yer tutmuşdur.

2026-cı ildə RFO-da Azərbaycan dili və Ədəbiyyat fənnləri üzrə yarımfinalçı olmuşdur.

 

ESSE:

"Müəllim - ömürlərə toxunan insan"

Bircə saniyə düşünün:

Elə bir insan var ki, hər kəsin həyatına, ömür yoluna işıq salsın, onu dəyişsin? Sualımın cavabı sadədir: Müəllim!

Yer üzündə ən yüksək ad, ən ali peşə sahibidir müəllim. Bu "ən"lərin sayını artıra da bilərəm.

Bəs müəllim necə bu adı qazanıb?

Müəllim insan həyatına işıq salan çıraqdır. O çıraq ki heç zaman sönməz, daha neçə-neçə insanın gələcəyini işıqlandırar. Müəllim sadəcə bir insanın deyil, bir xalqın, bir ölkənin gələcəyinə təsir edə bilər. O istər yer üzününən müzəffər sərkərdələrini, istərsə də ən müdrik şəxsiyyətlərini yetişdirər.

Bu fərdlərdən biri kimi mən də müəllimlərin həm özümün, həm ətrafımdakı hər kəsin həyatına necə təsir etdiyini görürəm. Buna görə də bu cür esse yaza bilirəm. Essemi Henri Bruke Adamsın gözəl kəlamı ilə bitirirəm: "Müəllim əbədiyyətə hökm edən insandır".

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.