“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Fotoda irəlidə qaçan bu qaradərili idmançı Keniyanı təmsil edən Abey Mutaydır. O, qaçış üzrə yarış zamanı finiş xəttinə bir neçə metr qalmış dayanır və səhvən finiş xəttini keçdiyini düşünərək qələbə sevincini yaşayır...
Onun arxasıncaisə ispan idmançısı İvan Fernandes qaçırdı və nə baş verdiyini başa düşərək Keniyalı idmançıya qışqırmağa başlayır ki, o qaçışı davam etdirsin. Lakin Mutay ispanca heç nə başa düşmürdü. Belə olan halda ispaniyalı idmançı Mutayı az qala əli ilə itələyərək finiş xəttini birinci keçməsinə kömək edir.
-Niyə bunu etdiniz -deyə jurnalist Fernandesə sual verir.
-Mənim arzum nə vaxtsa insanlar arasında birlik olan bir cəmiyyətdə yaşamaq olub - deyə Fernandes cavab verir.
-Nə üçün Keniyalıya imkan verdin ki, o qələbə qazansın -jurnalist soruşur.
-Mən ona imkan vermədim. Qələbəni o qazandı- deyə Fernandes bildirir.
Jurnalist təkid edir:
-Axı siz onun əvəzinə bu yarışı uda bilərdiniz.
Fernandes:
-Onda mənim qələbəmin nə qiyməti ola bilərdi ki? Alacağım bu medal mənə hansı şərəfi gətirəcəkdi? Mənim anam mənim haqda nə düşünərdi?
İvan Fernandesin bu hərəkəti milyonlarla insana nümunə olacaq bir addım idi. Həmin gün o qızıl medal qazanmasa da, milyonlarla insanın sevgisini qazandı.
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


