“Maraqlı söhbətlər”də siyasətçidən alınan xalq qisası Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu adam fransız siyasətçisi Jozef Fransua de Doudur. 1789-cu ildə 16-cı Lüdovikin hakimiyyəti zamanında Fransanın Baş Maliyyə Nəzarətçisi vəzifəsində olmuşdur. Bol təminat içində yaşayan bu məmur ətrafdakı acınacaqlı ömür sürənlərə əsla yanmamışdır. Üstəlik də…

 

Fransada 1789 inqilabından öncə bu şəxsin ağır həyat yaşayan fransız yoxsullara, kəndlilərə, aşağı təbəqəyə ünvanlanmış bir məşhur frazası var idi: "Si ces coquins n'ont pas de pain, alors laissez-les manger du foin!"

Mənası isə belə idi: "Əgər bu alçaqların yeməyə çörəkləri yoxdursa, o zaman ot (saman) yesinlər!"

14 iyul 1789-da baş verən inqilabla Bastiliya qalasının alınmasından sonra digərləri kimi Jozef Fransua de Dou da Parisdən qaçır. Lakin 22 iyulda elə təhqir etdiyi yoxsul kəndlilər tərəfindən tutulub Parisə gətirilir.

Parisə isə adi formada gətirilmir: ayaqyalın, arxasına saman yüklənmiş, bibərlı sirkə içirdilərək və təri gicitkənlə silinərək gətirilir.

Jozef Fransua de Dou heç o zamankı məhkəmə proseslərini və gedişatını görmədən birbaşa kütlə tərəfindən edam edilir. Başı bədənindən ayrılmadan öncə kütlə qarşısındakı edam nümayişində ağzına saman və ot tıxanır.

Bəli, xalqın qisası ağır olurmuş.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.