Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Həm varlı, həm də xəsis bir adam bir gün məşhur ingilis rəssamı Uilyam Hoqartdan Fironun ordusunun Qırmızı dənizdə boğulmasını təsvir edən tarixi bir rəsm çəkməyi xahiş edir. Ancaq onun təklif etdiyi pul çox gülünc idi...
Ona görə də, Hoqart bunu qəbul etmək istəmirdi. Uzun bir çək-çevirdən sonra, nəhayət, rəssam çox kiçik bir fərqlə razı olur. Ancaq rəssamın bir şərti də var idi: adam pulu əvvəlcədən ödəməli idi. Çarəsiz qalan həmin xəsis varlı adam buna da razı olur.
Bir neçə həftə sonra Hoqart rəsmi sahibinə göndərir. Gözəl bir çərçivəyə salınmış bir kətan başdan-ayağa qırmızı rəngə boyanmışdı. Varlı və xəsis adam rəsmi görən kimi özündən çıxır. Və tez Hoqartın yanına gedir. Hoqart adamı görən kimi:
-Xeyr ola, niyə gəldiniz? Yoxsa, rəsmimi bəyənmədiniz?b-deyə soruşur.
Adam:
- Məni aldatdınız!- deyə qışqırmağa başlayır,- Burada İsrail oğulları haradadır?
- Onlar dənizi keçdilər.
- Bəs Fironun ordusu?
- Onlar da boğuldular.
- Bəs bu qırmızı rəng nədir?
Hoqart cavab verir:
- O da Qımızı dənizdir...
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


