“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Cay Sinqh Maharaca Alvara (hamısı 1 adamdır) Londonda gəzərkən o zaman məşhur olan «Rolls-Royce» avtosalonunu görür və onu maraqlandıran modellərlə bağlı məsləhət almaq üçün həmin məkana daxil olmağa qərar verir. Lakin burada gözləmədiyi bir hadisə ilə rastlaşır...
Müştərinin Hindistanda Maharaca yəni, hökmdar titulu daşıdığını və çox zəngin olduğunu bilməyən satıcı onun xarici görünüşünə nəzər salaraq salondan qovur. Cay Sinqh bunu heç cür özünə bağışlaya bilmir. O, satıcını qeyri-adi üsulla cəzalandırmağa qərar verir.
Maharaca elə həmin avtosalondan 6 ən dəbdəbəli avtomobil alır və onların Hindistana çatdırılmasını xahiş edir. Sonra isə həmin avtomobilləri şəhərdəki məişət tullantılarının daşınması üçün bələdiyyəyə verir.
Əlbəttə ki, bu, şirkətin reputasiyası üçün böyük zərbə idi. Yeni zibilyığan maşınlar barədə xəbər bütün dünyaya yayılır və şirkətin gəlirləri kəskin şəkildə azalır.
Məsələnin nə ilə əlaqəli olduğunu anlayan «Rolls-Royce» rəhbərliyi Maharacaya teleqram yollayıb və üzrxahlıq qismində 6 avtomobil hədiyyə edir. Bundan sonra Maharaca kobud satıcını bağışlamağa qərar verir və bu maşınlarla zibil yığmağı dayandırmağı əmr edir.
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


