Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Fikir xəzinəsi” rubrikasında bu gün sizlərə 1969-1974-cu illərdə İsrailin Baş naziri olmuş Qolda Meirin olduqca sadə görünəsə belə, olduqca qiymətli olan fikirlərini çatdırmaq istəyirəm.
Bir xalqın formalaşmasında və bir dövlətin güclənməsində bu fikirlər həlledici olubdur, bunu nəzərə alın.
“Əgər istəyirsinizsə, qurduğunuz ölkəyə onun oğul və qızları geri qayıtsın, əgər istəyirsinizsə, qurduğunuz bu ölkədən məzuniyyət mövsümü zamanı ancaq dincəlmək üçün getsinlər, əgər istəyirsinizsə, qurduğunuz ölkədə gələcəyinizə görə heç bir qorxu hissi keçirməyəsiniz, onda ikicə addım atın:
1. Korrupsiya cinayətini vətənə xəyanətlə eyniləşdirin, korrupsionerləri isə 7 arxa dönənini xain elan edin.
2. 3 peşəni yüksək gəlirli və hörmətli mövqeyə qaldırn: hərbiçiləri, müəllimləri və həkimləri.
Ən başlıcası isə: işləyin, işləyin, işləyin. Çünki sizdən qeyrisi sizi qorumayacaq, yedirməyəcək, sizin ölkəniz ancaq sizə lazımdır, başqa heç kimə.
Bunlar gəlişi xoş sözlər, şüarlar deyil. Bunlar həyat tərzinizə çevriləcəksə, deməli məqsədə çatmısınız...”
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


