“Maraqlı söhbətlər”də Şerlok Holmsun prototipi Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

1887-ci ildə, 28 yaşında ikən həkim, həm də məşhur detektiv yazarı Artur Konan Doylun çəkisi 110 kiloqram idi. Bir dəfə o, Edinburq universitrtinin profrssoru həkim Cozef Bellininin yanında olarkən belə bir hadisənin şahidi olur:

 

Professorun yanına bir xəstə gəlir. Professor xəstəni müayinə etdikdən sonra ondan soruşur:

-Siz ordudan tərxis olunmuşsunuz?

-Bəli, ser-deyərək xəstə hərbçi kimi cavab verir.

-Siz dağ-atıcılıq polkunda xidmət etmişsiniz, eləmi?

- Bəli, ser.

-Yəqin ki, yenicə ordudan tərxis olunmuşsunuz?

-Bəli, ser.

-Siz serjantsınızmı?

-Bəli, ser.

-Barbadosdamı xidmət etmişsiniz?

-Bəli ser.

Təəccüb içində olan serjanta elə gəlir ki, onun qarşısında duran həkim yox, cadugərdir. Onun bu işinə tələbələr də heyran qalmışdılar.

Professor məsələni belə izah edir:

- Bu adam içəri girdikdə özünü hərbçi kimi apardı, papağını çıxarmadı. Bu da ancaq hərbçilərə xasdır. Şotlandlar ancaq serjant olurlar. Mən bu adamın şotlandiyalı olduğunu bildim, həm də onun xəstəliyi Barbados adasında yayılıb.

Sonralar Konan Doyl bundan istifadə etmiş və həmin həkimə Şerlok Holms adı vermişdir. Beləliklə, həmin professor Şerlok Holmsın prototipi olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.