Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Dünyanın ən böyük və ən bahalı şəxsi evi hind milyarderi Mukeş Ambaninə məxsusdur. Ambaninin Mumbaydakı 27 mərtəbəli "Antilia" adlanan göydələn evi “Forbes” juralında “Dünyanın ən bahalı milyarder evləri” siyahısına başçılıq edir. Bina öz adını Atlantik okeanındakı mifik Antilia adasının şərəfinə almışdır.
Tarixinin ən bahalı evi sayılan binanın inşaasına 2008-ci ildə başlansa da, tikinti işləri 2010-cu ilin sonlarında başa çatıb. Hazırda bina 2 milyard ABŞ dollarına qədər qiymətləndirilir.
Bina istənilən təbii və texnogen fəlakətlərə tab gətirmək üçün nəzərdə tutulub. Antilia Rixter şkalası üzrə 8 ballıq zəlzələyə və güclü partlayışlara tab gətirə bilir.
Poladdan və şüşədən ibarət olan binada gimnastika salonu, rəqs studiyası, üzmə hovuzu, 50 nəfərlik kino və bir bal zalları var. Ümumi sahəsi 37 min kvadratmetrə çatan və 173 metr hündürlüyü olan binada 9 lift, 160 avtomobil tutumlu avtopark və 3 vertolyot meydanı yerləşir. Binada 600 qulluqçu işləyir.
Mukeş Ambani müsahibələrinin birində deyib: “Mənim bəziləri kimi dünyada 30 və ya 40 yox, yalnız bir evim var”...
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


