“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Maraqlı söhbətlər” ənənəvi təhkiyəni bu dəfə dəyişəcək. Dilimizə daxil olan və soyad bildirən bəzi sözlərin mənşəyi barədə danışacağam.
ŞOVİNİZM- bu ad Napoleon ordusunun əsgəri olaraq onun işğalçılıq siyasətini dəstəkləyən və vətəni Fransaya pərəstiş edən Nikola Şovinin adı ilə bağlıdır.
XULİQAN- Londonda yaşamış oğru Patrik Xuliqanın adından yaranmışdır. O, öz ailəsi və kiçik dəstəsi ilə tez-tez cinayət törətməklə, qarət etməklə ad çıxarmışdı.
SAKSOFON- bu nəfəs musiqi alətini yaratmış belçikalı musiqi sənətkarı Adolf Saksın adı ilə bağlıdır. Saksofon adını isə dostu Hektor Berlioz onun şərəfinə adlandırmışdır.
ŞARLATAN- İnsanları tibbi əməliyyat adı ilə aldadıb pul yığıb, sonra aradan çıxan fransalı həkim Şarl Latenin adı ilə bağlıdır.
CAKUZİ- 1956-cı ildə dünyada ilk hidromasajı yaradan italyan ixtiraçı Kandido Cakuzzinin adı ilə bağlıdır.
MANSARD- 1630-ci ildə ilk dəfə çardağı yaşayış məqsədi üçün istifadə etmiş fransalı memar Fransua Mansarın adı ilə əlaqəli yaranmışdır.
MESENANT- Tarixdə elm və sənət adamlarınıa himayədarlıq edən Qay Mesenantın adı ilə bağlıdır.
BOYKOT- İrlandiyada torpaq sahibi olan ingilis Çarlz Boykotun adı ilə bağlıdır. Sözün yaranmasına səbəb işçilərin onu saymaması və tətil etmələri ilə əlaqədardır.
OLİVYE – Bu salatın adı fransız aşpazı Lyusyen Olivyenin adı ilə bağlıdır.
LİTR- Bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adı ilə bağlıdır.
İYUL-Qədim Roma imperatoru Qa Yuli Sezarın adı ilə baəlıdır.
AVQUST- Roma imperatoru Oktavian Avqustun adından götürülmüşdür.
SİLUET- Bu fransalı nazir Etinne de Siluetin (1709-1769) adı ilə bağlıdır. Bu ad ölkə idarəçiliyində tətbiq etdiyi məhdud iqtisadi siyasətə və ucuz başa gələn çəkillərə görə yaranmışdır.
SENDVİÇ- 4-cü Sendviç qrafı Con Monteqüdən (1718–1792) adı ilə bağlıdır. İngilis qrafı qumar oynayarkən yeməyə vaxtı olmadığına üçün onun üçün belə bir sadə yemək hazırlayırlar.
KARDİQAN- qarderob predmeti olan bu söz, Kardiqan qraflığının yeddinci ailə başçısı olan general Ceyms Tomas Bradnellinin adı ilə baəlıdır.
ALO- Bu söz telefonu ilk icad edən amerikalı Aleksandr Qraham Bellin sevdiyi qız olan Alessandra Lolita Osvaldın (qısaca ALO) adından yaranıb. Bell ilk telefon xəttini yaxınlıqda yaşayan sevdiyi bu qızın evinə çəkmişdi. Hər dəfə onunla danışanda, qısaca ALO kəlməsindən istifadə edirdi.
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


