Səudiyyə Ərəbistanında çalışan azərbaycanlı professor “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentinin professoru Mübariz Qarayev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, görüş zamanı professora Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Qonaq xaricdə yaşayan azərbaycanlı olaraq fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. O, göstərilən diqqət və dəstəyin diaspor fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Mübariz Qarayev 2012-ci ildən indiyə kimi Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentində professor olaraq çalışır, 100-ə yaxın elmi məqalənin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.