“Maraqlı söhbətlər”də balaca çörək oğrusu Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Amerikada qəribə bir hadisə baş verib.

14 yaşında uşaq marketdən çörək oğurlayarkən yaxalanır, qaçmağa çalışırkən bir də piştaxtanı sındırır. Uşaq həbs edilir və məhkəmə qarşısına çıxarılır.

Qərarı vermədən əvvəl hakim, uşağın son sözlərini eşitmək istəyir.

Hakim: Nəyə görə oğurluq etdiniz, səbəb?

Uşaq: Çörəyə ehtiyacım var idi.

Hakim: Oğurlamaq yerinə çörəyi ala bilməzdinizmi?

Uşaq: Ala bilmək üçün pulum yox idi.

Hakim: Amma ailəndən pul istəyə bilərdin.

Uşaq: Evdə sadəcə anam var. O da xəstə va işsiz. Sırf buna görə bir az pendir və çörək oğurladım.

Hakim: Siz iş tapa bilməzdiz?

Uşaq: Avtomobil yuma işində işlədim. Bir həfte əvvəl anama qulluq etmək üçün izin aldım və buna görə işdən qovuldum.

Hakim: Yardım istəyəcək yeriniz, kimsəniz yox idimi?

Uşaq: Hər gün evdən çıxdığımda hər hansı bir iş üçün işçi axtaran ən azı əlli ünvana baş çəkirdim, amma faydasız. Sonunda oğurluq etmək qərarına gəldim.

Nəhayət, hakim qərarını açıqlayır: - Oğurluq etmək, xüsusilə çörək oğurlamaq çox utancverici bir cinayətdir. Və o zaman cəmiyyət olaraq hamımız bu əməldə təqsirkarıq. Bu zalda olan hər kəs və mən bu əmələ görə günahkarıq. Odur ki, bütün məhkəmədə iştirak edənlər 10 dollar cəzalanır. 10 dollar verənə qədər kimsə məhkəmə zalını tərk etməyəcək.

Hakim ac uşağı polisə təslim edən market sahibinə isə 1000 dollar pul cəzası verir.

Və bütün toplanan pulların uşağa verilməsini təmin edir.

Qərarı eşitdikdən sonra uşaq gözyaşlarını saxlaya bilmir.

Hakim də gözyaşlarını saxlaya bilmədən məhkəmə zalını tərk edir. Hakimin son sözləri bunlar olur:

"Bir uşaq çörək oğurlayarkən yaxalanırsa, həmin cəmiyyətin, toplumun, dövlətin bütün insanları utanmalıdır...”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.