“Maraqlı söhbətlər”də evtanaziya Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Fotoda gördüyünüz bu qız 25 yaşlı Noeliya Castilyo Ramosdur. O, İspaniyada evtanaziya (evtanaziya - sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz ağrılar keçirən bir şəxsin, öz xahişi ilə həkim köməyi vasitəsilə həyatına son qoyulması) edilib.

Prosedur Barselonanın Sant-Pere-de-Ribes şəhərində yerləşən Sant-Kamil xəstəxanasında tibbi nəzarət altında baş tutub.

 

Qız 2 il idi ki, evtanaziyaya qadağa qoyan atası ilə məhkəmə çəkisməsində idi. Ultra dini təşkilat olan Xristian vəkillər assosiasiyası da bu prosedurun qadağan edilməsi üçün mübarizə aparırdı. Məhkəmə isə həyatına son qoymağa qərar verən qızın tərəfində olub.

Bu inanılmaz kədərli bir hadisədir. Noeliya Castilyo Ramos Barselonadan olan 25 yaşlı bir qız idi. Kasıb bir ailədə anadan doğulmuşdu, valideynləri narkoman idi. 12 yaşından sığınacaqlarda yaşayır. Yetkin yaşında olarkən, bir qrup şəxs tərəfindən zorlanır.  Bundan sonra o, dərin depressiyaya düşür. 2 dəfə intihara cəhd edir. İkinci intiharda 5-ci mərtəbənin pəncərəsindən özünü atması olub. Bu, 2022-ci ilin oktyabrında baş verib. Lakin o, sağ qalır. Ciddi xəsarət alır: iflic (tam və ya qismən), daimi xroniki ağrı və qayğı asılılığı. O andan etibarən onun həyatı daimi fiziki və psixoloji əzablara çevrilir.

2024-cü ildə Noeliya rəsmi olaraq evtanaziya tələbini irəli sürür. Həkimlər Komissiyası isə onun vəziyyətini dönməz və dözülməz əzabla müşayiət olunan kimi tanıyıb və proseduru təsdiqləyir.

Lakin bundan sonra onun atası müdaxilə edərək, evtanaziya qadağası tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə isə 601 gün davam edir. Atası israr edib ki, qızı psixi vəziyyətinə görə müstəqil qərar verə bilməz. Və beləliklə, 2 ilə yaxın davam edən hüquqi müharibə başlayır. Bu işə isə Kataloniya məhkəmələri, İspaniya Ali Məhkəməsi, Konstitusiya Məhkəməsi və hətta Avropa İnsan Hüquqları Məhkəməsi baxır. Və bütün qurumlar onun ölmək hüququnu təsdiqləyir.

Evtanaziya martın 26 saat 18.00-da baş verir.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.