ADA Universitetinin Qazax Mərkəzində Xalq Şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Çünki Vurğunuyam mən bu yerlərin” adlı poeziya günü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı ADA Universitetinin Qazax Mərkəzinə istinadən xəbər verir ki, tədbir Qazax Müəllimlər Seminariyasının İncəsənət Mərkəzində gənc rəssam Gülarə Salehin şairin xatirəsinə və “Azərbaycan” şeirinə həsr olunmuş “Mənim Azərbaycanım” adlı sərgisinin nümayişi ilə başlayıb.
Ardınca Seminariyada keçirilən tədbirdə Qazax və Ağstafa rayonlarından olan təhsil və mədəniyyət işçiləri, eləcə də şairin Qazaxdakı Poeziya Evinin əməkdaşları iştirak ediblər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi birliyin Qazax bölməsinə rəhbərlik edən şair Barat Vüsalla təmsil olunub.
Sazlı-sözlü “Çünki Vurğunuyam mən bu yerlərin” adlı poeziya günü bir daha Vurğun ölməzliyini diqqətə çəkib, yurdun hər qarışına misraları hopmuş dahi şairə bir vəfa borcu miissiyası daşıyıb.
“Ədəbiyyat və incəsənət”
(20.03.2026)


