“Maraqlı söhbətlər”də Tramp və məmurların ayaqqabıları Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

"The Daily Beast" nəşrinin məlumatına görə, Donald Tramp Oval kabinetdə ciddi görüşlərindən biri zamanı  qəfildən müzakirəni dayandırıb. Səbəb isə dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensin ayaqqabıları olub. Prezident onların "lənətə gəlmiş ayaqqabıları"ndan qıcıqlandığını bildirib. Ağ Evin sahibi  Marko Rubioya və Cey Di Vensə açıq şəkildə ayaqqabılarının dəhşətli göründüyünü bildirib və onlara kataloqdan yeni ayaqqabılar sifariş etməyi təklif edib. Tramp həmkarlarına hər birinin qiyməti təxminən 145 dollar olan 4 cüt Amerika brendi “Florsheim” ayaqqabılarını hədiyyə etmək qərarına gəlir. Tramp klassik modelləri şəxsən seçir və ayaqqabıların yalnız hansı stildə olmasına görə deyil, həm də rahat olmasında israr edib. Sonra isə ictimaiyyət arasında birmənalı qarşılanmayan bir fikir söyləyir: "Ayaqqabı ölçüsünə görə kişi haqqında çox şey demək olar"

Trampın bu şərhi fikir ayrılığına səbəb olsa da, amma sadəcə söz olaraq qalmayır. Marko Rubio tezliklə yeni, parlaq dəri ayaqqabı geyinmiş vəziyyətdə görünüb və fotodan da göründüyü kimi bu ayaqqabılar onun ayağına böyükdür.

 Daha sonra oxşar hədiyyələr Müdafiə Naziri Pit Qeqset, “Fox News”-in aparıcısı Şon Hanniti, senator Lindsi Qrem və televiziya aparıcısı Taker Karlson tərəfindən də alınır.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti ayaqqabıların pulunu şəxsən özü ödəyir və onların geyinilib-geyinilməməsinə diqqət yetirir. Məlumata görə, Tramp hökumətin kabinet iclaslarına məmurların "inanılmaz" ayaqqabılardan zövq alıb-almadığını yoxlamaqla başlamağı sevir.

İndi bir çox yüksək vəzifəli məmur bu prezident hədiyyələrini geyinməyə məcbur olur və bəzən rəhbərlərini narazı salmamaq üçün bahalı dizayner ayaqqabılarını geyinməməyi üstün tuturlar. Bu ritual, dövlət başçısının komandasının görünüşünə şəxsən nəzarət etdiyi Ağ Evdə sədaqət simvoluna çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.