Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Fotoda gördüyünüz 100 trilyon yerli dollar dəyərində Zimbabve əskinasıdır. On dörd sıfırı olan bu əskinas 21-ci əsrin tarixindəki ən güclü inflyasiyanın simvoludur.
2000-ci illərin sonlarında Zimbabvedəki vəziyyət 21-ci əsrin ən ağlasığmaz hiperinflyasiyalarından biri hesab olunur. 2008-ci ildə ölkədə qiymətlər o qədər sürətlə artır ki, pul demək olar ki, dəyərdən düşür. Aylıq inflyasiya astronomik həddə çatır və qiymətlər hər 15 saatdan bir nəzarətsiz şəkildə ikiqat artmasına səbəb olur. Milli valyutanı o qədər devalvasiya edir ki, hökumət dövriyyəyə 100 trilyon Zimbabve dolları əskinas buraxmağa məcbur olur. İnsanlar bir tikə çörək almaq üçün əl arabalarında əskinaslar daşıyırdılar. Çıxılmaz vəziyyətdə qalan hakimiyyət milli valyutadan imtina etməli olur. Həmin trilyonlar isə turist suvenirinə çevrilir.
Bu gün bu, iqtisadi böhranın ölkənin hər bir vətəndaşını cəmi bir neçə ay ərzində necə "kasıb multimilyarderə" çevirə biləcəyinin açıq bir xatırlatmasıdır.
“Ədəbiyyat və incəsənət”
(12.03.2026)


