“Söz körpüsü” layihəsi çərçivəsində, Yunus Emre İnstitutu və “Mücrü” nəşriyyatının təşkilati dəstəyi ilə tələbələr arasında Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş türkçülük və vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan edilib. Müsabiqə “Türkün sarsılmaz ruhu” adlanır.
“Ədəbiyyat və incəsənət” portalına təşkilatçıların verdiyi məlumata görə, müsabiqənin məqsədi tələbələr arasında türkçülük ideyalarını, milli ruhu və vətənpərvərlik duyğularını ədəbiyyat vasitəsilə təbliğ etmək, habelə Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaqdır.
İştirak şərtləri aşağıdakı kimidir:
Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilər;
Hər iştirakçı müsabiqəyə yalnız bir şeir təqdim edə bilər.
Mövzular:Türkçülük və Azərbaycançılıq;Vətənvə Turanidealları.
Şeir orijinal olmalı və əvvəllər heç bir yerdə (sosial şəbəkələr daxil olmaqla) dərc edilməməlidir;
Əsərlər Azərbaycan dilində təqdim olunmalıdır;
Mətnlə birlikdə müəllifin adı, soyadı və təhsil aldığı müəssisə qeyd edilməlidir.
Plagiat halları qəti qadağandır və aşkarlandığı təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır.
Qəbul qaydası:
Şeirlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına göndərilməlidir;
Məktubun "Mövzu" (Subject) hissəsində “Türkün sarsılmaz ruhu” yazılmalıdır;
Son müraciət tarixi: 10 aprel 2026-cı il.
Mükafatlandırma:
I, II və III yerin qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq;
Seçilmiş ən yaxşı şeirlər Sabir Rüstəmxanlının yubiley tədbirində səsləndiriləcək və xüsusi nəşrdə dərc ediləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


