“Maraqlı söhbətlər”də Oşonun Yunan turu Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

1986-cı ildə məşhur hind dərvişi Oşo dünya turuna çıxıb bir aylıq turist vizası ilə Yunanıstana gəlir. Bu zaman yunan pravoslav kilsəsi hökumətdən tələb edir ki, Oşonu deportasiya etsinlər, yoxsa qan su yerinə axacaq. Kilsə "Oşo bizim dinimizə sataşır, ələ salır" deyirdi.

Yunan polisi Oşonu qanunsuz həbs edir, 5000 dollar cərimələyir və ölkədən çıxarır. Oşo aeroportda jurnalistlərə bu sözləri deyərək Yunanıstanı tərk edir:

“Əgər 1 adam 1 aylıq turist vizası ilə sizin 2000 illik əxlaqınızı və dininizi darmadağın edə bilərsə, heç o dini qorumağa dəyməz, belə din məhv olmalıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.