“Maraqlı söhbətlər”də ümidin nə demək olmasının isbatı Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1950-ci illərdə doktor Kurt Rixter Harvard universitetində  bir təcrübə aparır. O, siçovulları suya salır və onların nə qədər yaşaya biləcəyini müşahidə edir. Qeyd edək ki, siçovullar orta hesabla 15 dəqiqə su üzərində qala bilirlər.

 

Tədqiqatçılar siçovulları 15 dəqiqələri bitməzdən bir neçə saniyə əvvəl sudan çıxardılar. Onları bir qədər dincəldir və sonra yenidən suya salırlar. Onlar hesab edirdilər ki, siçovullar birinci dəfə həyatda qalma uğrunda mübarizədə çox güc sərf etdiklərindən, ikinci dəfə tez təslim olacaqlar. Amma bunun əksinə olaraq, siçovullar düz 60 saat suda çabalayaraq, sağ qala bilirlər.

Bu təcrübə onu göstərdi ki, siçovullar son anda onları hovuzdan çıxarılaraq xilas olacaqlarına inanırdılar.  Buna görə də həyatda qalmaq və ölümlə mübarizə üçün bədənlərini əvvəllər qeyri-mümkün görünən şeyi etməyə məcbur edərək, son damla enerjilərini sərf edirlər.

Bu eksperiment həm də insanlara ümidin əsas hərəkətverici qüvvə olduğunu göstərdi. Çətinliklərlə üzləşmək, heç vaxt təslim olmamaq və ya geri çəkilməmək üçün insanlara güc verən ümiddir. Əgər siçovul bunu bacarırsa, insan da bacarar. 

Unutmaq lazım deyil ki, uğur çox vaxt ən ağıllı və istedadlı insanlara deyil, məqsədlərinə çata biləcəklərinə inananlara gəlir!

"İnsan təslim olmayana qədər, taleyindən güclüdür!" demişdi Erix Mariya Remark. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)                                                                      

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.