Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Stalinin hüzurunda ona yazdığı "Rəhbərə salam" şeirini oxumuşdu. Stalin elə buradaca onu tribunada saxladaraq bir neçə sual vermişdi. Elə belə, rəhbər "marağ"ını və "məzələnmə"yini nümayiş etdirən sözlər:
- Səməd adındır, bəs Vurğun soyadındır?
- Xeyr, yoldaş Stalin, təxəllüsümüdür.
- "Vurğun" hansı mənanı bildirir?
- Vurulan, məftun olan.
- Kimə, qızlara?
- Xeyr, Vətənə!
Kremldə olan bu söhbətin stenoqramı Səməd Vurğunun ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə ilk uğursuz məhəbbətindən sonra götürübmüş şair. Stalini aldadıb...Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərbaycanlıların siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Amma Stalin öz əli ilə Lenin ordeni yazıb, o birini pozub. Vurğunu SSRİ-nin ən yüksək ordeni ilə təltif edib.
(Vaqif Səmədoğlunun atası Səməd Vurğun haqqında xatirələrindən istifadə edilmişdir)
“Ədəbiyyat və incəsənət”
(26.02.2026)


