İBRƏTAMİZ: Müəllimin dəyəri şahın dəyərindən üstün olan zamanlarda... Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Fatih Sultan Mehmet Xan uşaqkən çox ərköyün bir şagird idi. Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı.Müəllimi ona hirsləndiyi zaman dərhal: -"Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!" - deyib, onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi.

 

Ancaq gün gəldi ki,artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı.

-Padşahım,sizə xüsusu bir ərzim var.Ancaq söyləməyə həya edirəm - deyincə, II Murad: -Buyur, çəkinmədən izah elə! - dedi.

Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə.

- Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, - deyincə, II Murad Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Muradın qulağına söylədiyi sözləri eşidən Ağşəmsəddin çox təəccübləndi. Bu nə plan idi? Bu planı həyata keçirmək mümkün deyildi! Ağşəmsəddin planla bağlı narahatlığını padşaha bildirsə də, padşah onu dinləmədi və "bu iş olacaq" dedi.

Ertəsi gün yenə dərsdə Mehmet dəcəllik edirdi. Ağşəmsəddinin xəbərdarlığına yenə eyni, həmişəki təhdidlə cavab verdiyi zamanda padşah qəflətən qapını açıb içəri girir. Bu hadisə qarşısında Ağşəmsəddin qəzəbindən padşahın üstünə qışqır və padşaha bir şillə vuraraq bu şəkildə sinfə girilməz olduğunu, icazə istəyib, sonra daxil ola biləcəyini deyib, dərhal çölə çıxmasını istədi. Padşah pərt bir şəkildə, boynunu bükərək üzr istədi və çölə çıx.

Bu hadisə qarşısında Fatih Sultan Mehmetin nitqi tutuldu, nə edəcəyini bilməyərək təəccüblə olanları izlədi. Güvəndiyi atasına şillə vurulmuş, Fatih Sultan Mehmet çaş-baş qalmışdı. Bir az sonra qapı döyül və padşah peşman, xəcalətli şəkildə üzr istəyərək içəri daxil oldu.

Plan möhtəşəm bir şəkildə işləmişdi. O gündən sonra Fatih Sultan Mehmet əsla dəcəllik, ərköyünlük etmədi.

İndi təhsilin nə olduğunu II Murad qədər olmasa da, ən azından öz uşağını səhv yollara düşməyəcək qədər dərk etmiş ana və atalara ehtiyac var.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.