Dünyaşöhrətli həmyerlimiz Rafiq Əliyevin doğum günüdür Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu günl Ağdam rayonunun görkəmli ziyalılarından olan dünyaşöhrətli alim Əliyev Rafiq Əziz oğlunun doğum günüdür, bu gün münasibətlə onu səmimi qəlbdən təbrik edir, həyatda uzun ömür, cansağlığı arzulayırıq.

 

Əliyev Rafiq Əziz oğlu 10 fevral 1942 ci il də Ağdam rayonunun  Novruzlu kəndində anadan olub.

O, 1998-ci ildən  Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-ci   ildən isə bu universitetlərin BBA proqram direktorudur.

Əliyev Rafiq Əziz oğlunun Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir.

 Əliyev Rafiq Əziz oğlu informatika və idarəetmə, süni intellekt, qeyri səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70 ə yaxın kitabın, 350 dən çox elmi məqalənin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.