Sevdiyi xanımla evliliyi 15 il gözlədi Featured

 

Leyla Faiqqızı,

Filologiya elmləri üzrə fəlsəfə doktoru. Klassik Ədəbiyyat İnciləri facebook sosial şəbəkə səhifəsinin yaradıcısı. “Ədəbiyyat və incəsənət” üçün

 

Görkəmli aktyorumuz Lütfəli Abdullayevin həyat yoldaşı Sevda xanım Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk sədrinin müavini Həsən bəy Ağayevin nəvəsi və əmək naziri Əhməd bəy Pepinovun qızı idi.

 

Sevda xanımın ailəsi onların evliliyinə razı olmayıb, Lütfəli Abdullayev bir neçə dəfə elçi getsə də rədd cavabı almışdır. Dəyərli sənətkarımız sevdiyi xanımı 15 il gözləmişdi və bir gün olunla ailə quracağına ümid edirdi. Bu müddət ərzində Sevda xanım da, Lütfəli Abdullayev də bir dəfə ailə qurub, lakin evlilikləri uğursuz olub.  Nəhayət, Lütfəli Abdullayevin 44 yaşı olarkən sevdiyi Sevda xanımla ailə qurmaq ona nəsib olur. Bu evlilikdən onların iki qızı var.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.