“Maraqlı söhbətlər”də Mark Tvenin kosmosla əlaqəsi Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu fotoşəkil yumor hissi və həyata fəlsəfi baxışı onu dünya ədəbiyyatının ən parlaq simalarından birinə çevirən yazıçı Mark Tvenin məlum olan ən son fotosu hesab olunur.  Kadrda o, yorğun, lakin sanki artıq yaşadığı həyat yolunu yekunlaşdıran insan kimi sakit görünür.

 

Yazıçının ölümə münasibəti həmişə qorxudan uzaq idi. Tven bunu insanın doğulmazdan əvvəl artıq öyrəşdiyi təbii bir hal kimi qəbul edirdi. Bu fotoşəkil həm də onun ölümdən əvvəl bir anlıq sükutu əks etdirir - faciəsiz, lakin ona xas olan ironiya ilə.

Maraqlı burasındadır ki, məşhur yazıçı 1835-ci ildə Halley kometinin göründüyü ildə anadan olmuşdur.  Məlum olub ki, Halley kometi 75 ildən sonra yenidən Yerin orbitində “zühur edəcək”. M.Tven bildirib ki, növbəti dəfə komet yenidən peyda olduqda, o da onunla “əbədi aləmə səyahət edəcək”.

Həqiqətən, 1910-cu il aprelin 21-də Halley kometinin yerə ən yaxın yaxınlaşmasının ertəsi günü Mark Tven infarkdan dünyasını dəyişir. Ona görə də M.Tvenin çox sayda araşdırmaçıları bu gün də bu məsələ ilə bağlı mübahisə edirlər. Bəziləri hətta iddia edirlər ki, böyük yazıçının kosmosla gizli əlaqələri olubmuş. Arqumentləri isə budur ki, belə güclü əsərləri adi bəşər övladı qələmə ala bilməzdi.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.