“Maraqlı söhbbətlər”də Dudayevin qətli Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu foto Çeçenistan lideri Cövhər Dudayevin ölümündən bir neçə saniyə əvvəl əks olunan son şəklidir. 

Çeçenistanın ilk prezidenti Cövhər Dudayev 1996-cı il aprelin 21-də rusiyalı deputatla  telefonda danışarkən Su -25 döyüş təyyarəsindən atılan lazerlə idarə olunan  raketi ilə öldürülür. Onun yeri isə telefon siqnalı ilə müəyyən edilir. Hadisə Urus-Martan rayonu Qexi-Çu kəndi kənarında baş verir. Həmin anda onunla birlikdə olan Çeçenistan  Respublikasının Moskvadakı nümayəndəsi Xamad Qurbanov, Çeçenistanın hərbi prokuroru Maqomed Caniyev və iki mühafizəçi eyni anda həlak olurlar. 

Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışır.  Dudayev telefonda  Rusiya Dövlət Dumasının deputatı Konstantin Borovoyla danışırmış. Dudayevə doğru atılan iki raketdən biri düz onun yanına düşmüş və o, yerindəcə keçinmişdir. Ətrafdakı insanların köməyi ilə o, dəfn olunmuş, lakin onun dəfn olunduğu yer naməlum olaraq qalır.

Maraqlı bir yazını isə 2001-ci ildə Türkiyənin “Hürriyət” qəzetinin ABŞ-dakı müxbiri Kazım Cindəmir yazmışdır. Türkiyəli jurnalist bu yazısında etiraf edirdi ki, Cövhər Dudayev ABŞ və Rusiya xüsusi xidmət orqanlarının birgə işi nəticəsində öldürülüb. Jurnalist yazırdı: “ABŞ kəşfiyyatının keçmiş əməkdaşı, polkovnik Vayne Madson bildirir ki, Cövhər Dudayev ordu üçün nəzərdə tutulan hava telefonları istifadə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi Cövhər Dudayevin yerini dəqiqləşdirərək, bunu o zamnkı ABŞ prezidenti Bill Klintona vermişdi. Sözsüz, Klinton Rusiyaya səfər edirdi və o Rusiyada Boris Yeltsinin prezident seçilməsini istəyirdi. Bu dəqiqdir ki , Cövhər Dudayevin yerini Boris Yeltsinə Bill Klinton verib”. 

 “Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir” məşhur ifadə Cövhər Dudayevə məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.