“Maraqlı söhbətlər”də arılar – baş qəhrəmanlar kimi Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Əgər dünyada arılar yox olsaydı, nə baş verərdi?

Arılar dünyanın 90%-ni qidalandıran 100 əsas məhsuldan 70-ni tozlandırır. Əgər arılar yox olsaydı, dünyada qida böhranı yaşanar, supermarketlərin yarısından çoxu boşalar, bitki mənşəli məhsulların böyük əksəriyyəti (meyvə, tərəvəz, dənli bitkilər), pambıq, süddən alınan məhsullar və kosmetika kimi saysız-hesabsız şeylər yox olardı.

Bunları bilirdiniz?

 

Bu da qlobal ekoloji tarazlığın pozulmasına, açlığa, iqtisadi çöküşə və son nəticədə insanların həyatının ciddi təhlükə altına düşməsinə səbəb olardı, çünki arılar tozlanmanın əsasını təşkil edir.

Meyvə, tərəvəz (alma, badam, qoz, xiyar, qabaq) və dənli bitkilərin (badam, şəkər çuğunduru, qəhvə, kakao) böyük əksəriyyəti tozlanmadığı üçün yetişməzdi.

Otla qidalanan heyvanlardan alınan süd və ət məhsulları azalardı. Alış-veriş mərkəzlərindəki süd, ət, yağ, pendir məhsulları şöbələri boşalardı.

Pambıq bitkisi əsasən arılar tərəfindən tozlandığı üçün paltar və geyim, bütövlükdə toxuculuq sənayesi ciddi zərbə alardı.

Arılar bitki və heyvanlar aləmi arasında vacib bir zəncirdir. Onların yoxluğu saysız-hesabsız digər canlıların (quşlar, məməlilər) qidasını yox edərək ekosistemi məhv edərdi.

Həyat üçün vacib olan qidaların əksəriyyəti yox olacağı üçün açlıq baş verərdi. Həyatın ənənəvi qaydası pozular, iqtisadiyyat çökməyə başlayardı.

Son 15 ildə arı populyasiyaları 40% azalıb. Əsas səbəblərə pestisidlər, meşələrin qırılması, elektromaqnit sahələri və parazitlər daxildir. Amma əsl səbəb daha dərindir: biganəlik.

Dahi alim Albert Eynşteyndə arıların yox olmasını fəlakət sayırdı və "Əgər arılar yox olsa, insanların cəmi dörd il ömrü qalacaq" məşhur fikri arıların həyat üçün nə qədər vacib olduğunu xatırladır.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.