“Maraqlı söhbətlər”də pakistanlıların əqrəb sevgisi Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

İnsanlar bəzən gözgörəsi həyatın dibinə atılırlar. Xüsusən, bu, narkotikaya alüdə olanlarda belədir.

 

Pakistanlılar əqrəblərdən narkotik vasitə kimi istifadə edirlər. Əqrəbi öldürdükdən sonra onları günəşin altında qurudur, toz halına gətirir, qızdırır və tüstüsünü nəfəs alırlar. İstifadəçilərin fikrincə, eyforiya hissi 10 saata qədər davam edə bilər. Alınan ləzzət o qədər güclü olduğu deyilir ki, hətta heroini də üstələyir. Bununla belə, orqanizm ölümlə nəticələnə bilən toksinlərə uyğunlaşarkən, ilk 6 saat dözülməz dərəcədə ağrılara davam gətirməlidir.

Bu narkotikin aktiv maddəsi əqrəb sancmasından gələn zəhərdir. Buna görə də, tüstünü nəfəs aldıqdan sonra ilk 6 saat bədən zəhərə uyğunlaşana qədər ağrılı olur  və yalnız bu müddətdən sonra “kayf” başlayır. Bununla belə, ölüm halları da qeydə alınıb.

Maraqlıdır ki, bu təkcə pakistanda deyil, digər Cənubi Asiya ölkələrində də yayılaraq, bir problemə çevrilib. Əslində, əqrəblərdən narkotik vasitə kimi istifadə edilməsi aludəçiliyi hələ 2007-ci ildə məlum oldu. O vaxt Əfqanıstanda narkotiklər haqqında kitab yazan amerikalı sosioloq Devid Makdonald təkcə Kabildə təxminən 60 000 əqrəb həvəskarının olduğunu təxmin edirdi.

Rəsmi olaraq əqrəb narkotik sayılmadığından, ondan istifadə ilə bağlı heç  bir qadağa yoxdur və bu məqsədlə də kütləvi şəkildə tutulur. Bu səbəbdəndir ki, Pakistanın bəzi bölgələrində onların sayı həddən çox dərəcədə aşağı və yox səviyyəyə düşüb.

Əqrəblər əslində olduqca faydalıdır, çünki onların zəhərindən xərçəng və İnsan immunçatışmazlığı virusua qarşı dərman hazırlamaq üçün tibbdə çox istifadə olunur.

Məlumdur ki, əqrəb zəhəri dünyada ən qiymətli zəhər sayılır və onun 1 litri təxminən 10,3 milyon dollara başa gəlir. Onu əldə etmək olduqca çətindir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.