Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Adı qara siyahıda olan, hamının həqarət bəslədiyi, narkotik bilib yamanladığımız çətənə bir vaxtlar çox hörmətli, urvatlı imiş...
Çətənə becərilməsi bir zamanlar küçmiş SSRİ-nin əsas kənd təsərrüfatı sahələrindən biri olub. 20-ci əsrin birinci yarısında çətənə yetişdirilməsi strateji əhəmiyyətə malik idi.
Çətənə becərilməsi bir çox sənaye sahələrini: toxuculuq və texnika üçün lif, işıqlandırma üçün lampa yağı, kağız, əczaçılıq və qida üçün xammalla təmin edirdi. 1820-ci ilə qədər bütün toxuculuq, kətan və digər parçaların 80%-i çətənədən istehsal edilirdi. XIX əsrin sonunadək dərslik vərəqi də çətənədən hazırlanırdı. Demək olar ki, bütün xəritələr, sxemlər, bayraqlar da çətənədən hazırlanırdı.
Sovet dövründə çətənə buğda və günəbaxanla əsas kənd təsərrüfatı məhsullarından biri idi. 1930-cu illərin ortalarında çətənənin əkin sahələri altı yüz min hektara qədər çatmışdı. Sovet İttifaqında çətənə istehsalı getdikcə artırdı və əsl pərəstişə çevrilmişdi. Soyuq Sibirdə, Qazaxıstan və Qırğızıstanın isti çöllərində belə çətənə əkilirdi. Demək olar ki, hər bir şəhərdə çətənə emal edilən çətənə fabriki var idi. Ölkədə demək olar ki, hər şey - paltar və ayaqqabı, kağız və boya, kosmetika və tibbi dərmanlar, bitki yağı, hətta yanacaq və plastik ləvazimatlar da çətənədən istehsal olunurdu. Çətənə yetişdirilməsi ilə bağlı çoxsaylı dərsliklər mövcud idi, bu barədə şeirlər yazılır, hətta məktəblərdə də öyrənilirdi. Ümumilikdə çətənədən 25 minə yaxın məhsul hazırlanırdı. Çətənə SSRİ-də dünyada ixrac edilən bir nömrəli kənd təsərrüfatı məhsulu idi və çox vaxt ixrac həcminə görə neft və qazdan sonra 3-cü yeri tuturdu.
Təsadüfi deyil ki, 1940-cı ilə qədər SSRİ dünyadakı bütün çətənənin 4/5 hissəsini yetişdirmişdi. Bu üstünlük 1970-ci illərə qədər davam etdi.
Bəs niyə SSRİ-də çətənənin istehsalını dayandırdılar?
Çətənə becərdilməsi çətənənin narkotik bitkilər kateqoriyasına daxil edildikdən sonra azalmağa başlayır. (Birləşmiş Millətlər Təşkilatının narkotik maddələr üzrə 1961-ci il Konvensiyası). 1961-ci ildə BMT çətənə üzərində xüsusi nəzarət qrupu yaradır. Avropada istehsal kəskin azalır. Qonşuların təzyiqi altında SSRİ-də də çətənənin əkilməsi kəskin azalmağa başlayır. 1987-ci ildə məhsul əkininə son qadağa qoyulur.
Amma bir çoxları bunu amerikalıların Sovet iqtisadiyyatına təsiri və zəifləməsinə yönəlmiş bir “töhfə” hesab edirlər. Xüsusilə, Amerika sənayeçiləri ağacdan və plastikdən kağız, parça, neylon,metanol və neftdən bir sıra başqa məhsullar istehsal edirdilər. Bu məhsulları isə çətənədən alınan məhsuldan daha baha başa gəlirdi.
Hal-hazırda Fransa çətənə toxumlarının istehsalında dünya lideridir. Bu ölkı İldə 40 tondan çox çətənə toxumu istehsal edir. Amma çətənə lifi istehsalında Çin liderlik edir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


