Maraqlı söhbətlər - Rusların qurbanı olmuş general Tlexas Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Zavallı General Tlexas! Allah qǝni-qəni rəhmət eləsin bu Böyük Şəhidǝ; Quzey Qafqazlı qardaşımıza!..

 

Çaşqınlıq göstərən hökumətə Milli Məclisdə: "Mənə səlahiyyət verin; bircə həmləyə bu oğru, quldur sürüsünü darmadağın edim!"- demişdi.

Bu sözləri də onun başını yedi. İşğaldan bir müddət sonra rus çapoulçuları Bakı Opera Teatrı binasında məhkəmə qurdular və general Tlexası edama - güllələnməyə məhkum etdilər...

Rus kölələri, satılmışlar, rus "hakimləri" ilə birlikdə ittiham səsləndirdilər:

- Sən, fəhlə-kəndli düşməni, burjuasan!

Bu ittiham irəli sürəndə, general Tlexas qamətini dikəltdi. Ucaboylu, başında qəhvəyi rəngli qaragül papaq, əlini "hakim"lərə doğru uzatdı və qürurla hayqırdı:

- Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!..

Əvvəlcədən hazırlanmış edam qərarı oxundu. Bu mərd əsgərin heç tükü də tərpənmədi. Bu alçaqlara qartal kimi yuxarıdan aşağı baxırdı. O anda bizimlə bərabər, iki qız uşağının da göz yaşı axdı. Onlar general Tlexasın qızları idi... Atalarınınməmləkətinə gəlmişdi balaları...

Rus əsgərini görəndə, nifrətin də artırdı. Onlara əsgər, ordu deməyə şahid lazım idi. General Tlexas haqlıymış. Bu çəyirtkə sürüsünün qarşısı zorla alınıb, süpürülərək, çölə tökülə bilərdi. Amma nə etməli? Olan olmuşdu...

(Əziz Alpoudun xatirələrindən)

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.