“1-ci Uşaq Rəqs Festivalı” uğurla başa çatdı

 

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan “1-ci Uşaq Rəqs Festivalı” böyük maraqla qarşılanaraq uğurla yekunlaşıb. Festival uşaqların yaradıcılığını, rəqs mədəniyyətinə marağını və kollektiv iş bacarıqlarını təşviq etmək məqsədi daşıyırdı.

 

“Ədəbiyyat və incəsənət” portalına məktəbdən verilən məlumata görə, bu il festivala 28 komanda qeydiyyatdan keçib, onlardan 23 komanda aktiv iştirakçı, 5 komanda isə qonaq kimi səhnəyə çıxıb. Uşaqlar milli və müasir rəqslərdən ibarət rəngarəng proqram təqdim edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Festivalın sonunda iştirakçı komandalar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilib. Qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim olunub.

 

6–9 yaş qrupu üzrə qaliblər:

  • I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
  • II yer – İnci Sənət Akademiyası
  • III yer – İnci Sənət Akademiyası
  •  

10–14 yaş qrupu üzrə qaliblər:

  • I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
  • II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi
  • III yer – Nərgiz Rəqs Qrupu

 

Tədbirin təşkilatçıları bildiriblər ki, festival gələcək illərdə daha geniş miqyasda keçirilməsi planlaşdırılan ənənəvi bir tədbirə çevriləcək.

Onlar 1-ci Uşaq Rəqs Festivalında iştirak edən bütün komandalara, müəllimlərə və valideynlərə təşəkkür bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.