Bəli, məşhurdur, amma biz onu sevmirik Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

2000-ci illərin əvvəllərində ölkəmizdə bir “Aşk” bumu yaşandı. Hamı bu romanı axtarır, oxumağa çalışırdı. Roman Mövlanə ilə Şəms Təbrizinin münasibətlərindən  bəhs edirdi. Müəllifi türk yazıçı Elif Şafakdı ki, onu məhz bu romanı ilə çoxlarımız tanıdıq və sevdik. Amma sonra simpatiyamız antipatiya ilə dəyişildi. Xanım yazar 44 günlük müharibə dönəmində erməniləri dəstəkləyən bir twit yazmaqla onun barəsindəki təsəvvürlərimizi alt-üst etmiş oldu.

 

Dəqiqini bilmirəm, amma bir çox mənbələr yazıçının erməni əsilli olmasını da iddia edir.

Elif Şafak 25 oktyabr 1971-ci ildə Fransada doğulub.  Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb.

Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub.

Və qeyd etdiyimiz kimi, 13 oktyabr 2020-ci ildə öz tvitter hesabında erməni terrorist qruplaşmalarına etdiyi dəstək ifadəsinə görə Azərbaycandakı oxucularını itiribdir. Siyasət də vacibdir, amma ədəbiyyat istedadını dana bilmədiyimiz üçün doğum günündə haqqında məlumat verəsi olduq. Ən azından, yeni oxucuları onun kim və nəçi olmasını bilsinlər deyə.

 

Kitabları

1. Kem Gözlere Anadolu

2. Pinhan

3. Şehrin Aynaları

4. Mahrem

5. Bit Palas

6. Araf (The Saint of Incipient Insanities çevirisi)

7. Beşpeşe

8. Med Cezir

9. Kâğıt Helva

10. İskender

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.